Saglam mühit sağlam gələcəkdir - Aysəf Bayramov yazır

Saglam mühit sağlam gələcəkdir - Aysəf Bayramov yazır

Son illər regionlarımızda, eləcə dəSumqayıt şəhərində ətraf mühitin sağlamlaşdırılmasına diqqət daha daartırılmış, bu sahədə mühim lahiyyələr həyata keçirilmişdir.Ölkə başçısı İlhamƏliyevin təşəbbüsü ilə şəhərimizdə müasir texnologiyalara əsaslanan nəhəng sənayeparkları yaradılmışdır.Bu müəssisələrin fəaliyyəti iqtisadiyyatın inkişafı iləyanaşı ekoloji problemlərin aradan qaldırılmasına geniş imkanlar açmışdır.

Bu ilmayın 12- də möhtərəm Prezidentimiz İlham Əliyev "Gilan Tekstil Park” MMC-nintibbi maska fabrikinin və tikiş fabrikininnəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsininaçılışında iştirak etmişdir.Cənab Prezident müəssisənin işçiləri ilə görüşzamanı çıxış edərək demişdir:

"Sovet dövründə Sumqayıtın yanından keçərkənmaşında oturanlar pəncərələri bağlayırdılar,çünki o iydən insanların gözüyaşarırdı.Yəni,Sumqayıt doğurdanda böyük bir ekoloji bəla mərkəzi idi.Çünkikimya sənayesinin sürətli inkişafı vəbir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtınekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsətalmışdı.Biz isə Sumqayıtı müasir,təmiz sənaye mərkəzinə çevirdik.Bu günSumqayıtın havası Bakının havasından daha təmizdir.Sumqayıtda aparılan yaşıllaşdırmaişləri,yeni parkların salınması,ekoloji tədbirlərin görülməsi,uzun illərsumqayıtlıları narrahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yeni dənqurulması xüsusi əhəmiyyət daşıyır.”

Sonillər şəhərdə və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər,ocümlədən ağacəkmə kampaniyaları bilavasitə ətraf mühütin qorunmasına vəyaşıllıqların genişləndirilməsinə xidmət edir.Bütin bunlar Sumqayıtınflorasının zənginləşdirilməsinə,adambaşına düşən yaşıllığın ildən ilə artmasınaimkan yaratmışdır.Dahi Azərbaycan şairi İmadədin Nəsiminin 650 yubileyi illik yubileyi ilə əlaqədar Birincivitse-prezident Mehriban Əliyevanın ölkə üzrə bir gündə 650 min agac əkilməsi təşəbbüsünə sumqayıtlılar da böyük ruh yüksəkliyi ilə qoşulmuşlar.Onlar ötən il dekabrın6-da şəhərin ayrı ayrı ərazilərində genişmiqyaslı yaşıllaşdırma işləriaparmışlar.Bakı- Quba yolunun Sumqayıt ərazisində 16 min, şəhərin müxtəlif yerlərindəümumilikdə 26650 ağac əkilmişdir.

Məlumkoronovirus pandemiyası dövründə də bu kimi işlər diqqətdə saxlanılmış, yeniyaşıllıq sahələri yaradılmış,çəmənliklər salınmışdır.

4 saylıregional ekologiya və təbii sərvətlər idarəsi hazırda Sumqayıt,Abşeron,Qobustan və Xızı inzibati ərazisini əhatə edir. İdarə öz xidməti ərazisindəətraf mühitin mühafizəsi,təbii ehtiyatların monitorinqi və təbii ehtiyatlardansəmərəli istifadə olunması üzrə dövlət nəzarətini və sahələrarası idarəetmənihəyata keçirir.

Bu məqsədləmütəmadi olaraq nəzarət reydləri aparılır. Eyni zamanda xidməti ərazidəmonitorinq müşahidələri keçirilmiş və monitorinq aktları tərtib olunmuşdur.

İlin əvvəlində102 akt, 36 protokol tərtib edilmiş,icraücün 35 məcburi göstəriş verilmiş, 35950 manat cərimə tətbiq olunmuşdur.Hüquq mühafizə orqanlarına 28,prokurorluğa 1 iş göndərilmışdir.

Əlbəttə,inzibati tədbirlə iş bitmir. Ekoloji tələbatın gücləndirilməsi olduqcavacibdir. Əməkdaşlarımız bunun üçün müəssisələrdə,təhsil ocaqlarında görüşlərkeçirir,ekoloji mövzularda söhbətlər aparırlar. Ekoloıi təbliğatla əlaqədar"Sumqayıt” qəzetində müxtəlif mövzularda məqalə dərc olunmuşdur.

Ekoloqlarımız gələcək nəsillərin sağlamlığı naminə bundan sonra da əllərindəngələni əsirgəməyəcəklər

Mənbə: xeberle.com