Tramp əlində müqəddəs kitabla KİLSƏYƏ GETDİ-VİDEO

Tramp əlində müqəddəs kitabla KİLSƏYƏ GETDİ-VİDEO

ABŞ prezidenti Donald Tramp etirazların alovlandığı bir vaxtda əlində tutduğu müqəddəs İncil kitabı ilə "Müqəddəs Johns" kilsəsinə gedib.

Sonxeber.az xəbər verir ki, Donald Tramp polis zorakılığı nəticəsində qaradərili Corc Floydun ölümündən sonra Ağ Evin qarşısında başlayan etirazlarla bağlı açıqlamalar verib.
Prezident Tramp, bir qrup etirazçının dünən axşam atəşə tutmağa çalışdığı Vaşinqton şəhərində yerləşən 200 ilə yaxın bir tarixə malik olan "Müqəddəs Johns" kilsəsinə əlində müqəddəs İncil kitabı ilə gedib.

"Biz dünyanın ən gözəl ölkəsiyik və onu hər zaman etibarlı şəkildə qoruyacağıq" Tramp deyib.

Trump Kilsənin qarşısında yanında olan insanlarla birlikdə mətbuata açıqlama verdikdən sonra sonra böyük təhlükəsizlik tədbirləri altında Ağ Evə piyada qayıdıb.

Trampı Ədliyyə naziri Villiam Barr, Müdafiə naziri Mark Esper, Milli Təhlükəsizlik müşaviri Robert Obren və Ağ Evin sözçüsü Kayleigh McEnany müşayiət edib.

Mənbə: sonxeber.az