Monteneqro Azərbaycandan gələn turistlər üçün sərhədləri açıb

Monteneqro Azərbaycandan gələn turistlər üçün sərhədləri açıb

Monteneqro hökuməti 1 iyun tarixindən etibarən 130 ölkənin vətəndaşları üçün sərhədləri açıb. Beləliklə, bu ölkələrin vətəndaşları Monteneqroya karantinə əməl etmədən və koronavirus testi keçmədən səyahət edə biləcək.

İnterAz xəbər verir ki, bu barədə "Vijesti" qəzeti məlumat yayıb.

"Monteneqro Səhiyyə İnstitutu (IJZ) iyunun 1-dən etibarən vətəndaşları respublikaya karantin tədbirləri olmadan və koronavirus testi keçmədən səyahət edə biləcək ölkələrin siyahısını yeniləyib. Şimali Makedoniya və İrlandiya son anda siyahıdan çıxarılıb, çünki bu ölkələrdə son günlərdə koronavirusa yoluxma hallarının sayı artıb", qəzet yazır.

Mənbə: www.interaztv.com