Ermənistan 27 milyon dollara 3,5 milyon dollarlıq silah alıb – EKSKLÜZİV TƏFƏRRÜATLAR

Ermənistan 27 milyon dollara 3,5 milyon dollarlıq silah alıb – EKSKLÜZİV TƏFƏRRÜATLAR

Bu yaxınlarda Ermənistanın Vatinkandakı keçmiş səfiri Mikayel Minasyan öz “Facebook” səhifəsində Ermənistanın yüksək rəhbərliyinin qanunsuz silah satışında iştirak etməsindən bəhs edərək, hələ ötən il “Newspress.am” nəşrinin yayımladığı məqalədə adı hallanan bir nəfərin adını çəkib. Adı çəkilən şəxs “Patron David” və ya “Sutinyor David” kimi tanınan David Qalstyandır.

Nəşr qalmaqallı silah alışına dair eksklüziv məlumatları, ümumiyyətlə qalmaqallı silah satınalmaları və bu işlərin rəsmi himayədar məmurları və digər məqamlar haqqında məlumat əldə edib.


Beləliklə. David Qalstyanın ümumiyyətçə kim olduğunu oxuculara xatırladaq. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın yaxın dostu Vaçaqan Qazaryanın, eyni zamanda Serjin Vaçosu kimi də tanınan şəxsin xaç atasıdır. Keçən il əldə edilən məlumata görə, Vaçagan Qazaryanın sərbəst buraxılması üçün tələb olunan tam girovu məhz Qalstyan ödəmişdi. “Sutinyor” ləqəbinə gəlincə, bu, bir vaxtlar təyyarə ilə Ermənistana qızlar gətirməsi ilə bağlıdır. Qazaxıstanda olduğu müddətdə Ermənistanın sabiq BQ rəisi Yuri Xaçaturov Qalstyanla, elə Qalstyanın özünə məxsus bir gecə klubunda görüşüb, onunla dostluq etməyə başlayıb, sonra Xaçaturov Qalstyanı Ermənistana “gətirib”, onu ətrafındakılar, o cümlədən Vaçaqan Qazaryanla tanış edib. Patron David-Serjin Vaçosu tandeminin kirvə-xaç atalığı bax belə başlayıb, bu barədə Mikael Minasyan hələki sakitcə susur.

Qalstyanın qanunsuz silah satması ilə bağlı “cəsurluğu”na gəlincə Minasyan, özünün dediyi kimi, “diplomatik şəkildə” şərti dildə danışır. Güman edə bilərik ki, Paşinyan sadəcə məsələ ilə məşğul olmaq istəməyib və bu da öz növbəsində “digər” fərziyyələrə səbəb olur.

“İndi Minasyanın danışmadığı silah haqqında daha ətraflı məlumat verək. Söhbət “Kornet” tank əleyhinə idarəolunan raket (TƏİR) komplekslərindən gedir, yəni bu raketlər tankları vurmaq üçün nəzərdə tutulub.

Qara bazarda “Kornet”in qiyməti adi bazarda olan qiyməti arasındakı fərq 20 dəfə yüksəkdir. Başqa sözlə, adi bir bazarda silahın qiyməti 10 min dollardırsa, “qara bazar”da bu silahın qiyməti deyək ki, 150 min dollar təşkil edir. Qalstyanın “Kornet”i Ermənistana gətirmək əvəzinə “qara bazar”da satmasının səbəbi budur. Bu, Rusiya Federasiyasının Ermənistandan inciməsinin və David Qalstyanın Rusiyanın “qara siyahı”sına düşməsinin səbəbidir.


Paşinyan tərəfindən ofşor sahəsində qeydiyyatdan keçmiş David Qalstyana aid olan “Royalsys Engineering ltd” şirkətinə silah alqı-satqısına dair lisenziya verməsinə gəlincə, qeyd edək ki, bu şirkət AK-12 və AK-15 tipli “Kalaşnikov” silahlarının istehsalının əsasını qoymalı idi. Əvvəlcə Paşinyanda soruşmaq lazımdır, necə olur ki, Ermənistan Müdafiə Nazirliyinin satınalmaları Vaçonun xaç atasının ofşor zonasında qeydiyyatdan keçən şirkəti tərəfindən həyata keçirilir? Niyə Ermənistan Müdafiə Nazirliyi zəruri olan silahları özü almır, ofşor zonasında qeydiyyatda olan şirkətlərdən istifadə edir?

Paşinyan suala cavab verməkdə çətinlik çəkərsə, biz ona xatırladarıq. Bu yalnız korrupsiya və talan məqsədləri üçün edilir. Bu korrupsiya üçün ən əlverişli mexanizmdir. Ofşor şirkətləri ümumiyyətlə bir məqsəd üçün istifadə olunur ki, ictimaiyyətin dövlətin bu və ya digər silahı hansı qiymətə aldığını öyrənmə imkanı olmasın. Ermənistan Müdafiə Nazirliyinə gəldikdə isə ödənilən qiymətləri gizlətmək sadəcə mümkün olmayacaq.


Paşinyanın özündən soruşmalı olduğu başqa bir sualı da ortaya qoyaq. Rəhbəri Rusiyada 10 illik “persona non qrat” elan edilmiş şəxs Ermənistanda “Kalaşnikov” silahlarını istehsal etməyə necə başlaya bilər?

Erməni KİV-ləri, partlamış təkərlərlə, sıradan çıxmış İordaniyadan alınmış siahların şəkillərini əldə edib. Həmin bu sıradan çıxmış texnika sonradan təmir edilib, xarici görünüşü “düz-qoş” prosesinə məruz qalaraq, rəngi dəyişdirilib və Ermənistana göndərilib. Paşinyan isə qürurlu sifət təcəssümü ilə həmin silahların fonunda şəkil çəkdirib.







Aqil Məmmədov

 

Mənbə: ordu.az