Barış lideri olan Axundzadə koronavirusdan öldü

Barış lideri olan Axundzadə koronavirusdan öldü

"Taliban"ı ABŞ-la danışıqlar masasına oturmağa razı salan Molla Heybətullah Axundzadə koronavirusdan vəfat edib. Cebhe.info DHA-ya istinadən bildirir ki, o, son zamanlar barış lideri kimi tanınırdı.

"Taliban”ın yeni lideri olan Axundzadə ABŞ-la müzakirələrdə israrlı olaraq müəyyən nəticələr əldə etmişdi. ABŞ-la anlaşmadan sonra yazılı açıqlama ilə çıxış edən Axundzadə 20 ildir davam edən qarşıdurmaya son verməyin vacibliyini bildirmişdi.

Axundzadənin hansı şəraitdə virusa yoluxduğu tam bəlli deyil. Əfqanıstan hökumətindəki yüksək vəzifəli rəsmi vurğulayıb ki, fevral ayında ABŞ-la ikitərəfli müqavilənin imzalanmasında iştirak edən “Taliban”ın Doha (Qatar) ofisindəki bir çox başqa liderlər də COVID-19-a yoluxub. Ancaq “Taliban” rəsmiləri H. Axunzadənin son üç ayda görülmədiyini, heç bir səsyazısının və Ramazan bayramı mesajının yayılmadığını qeyd ediblər.

Mənbə: cebhe.info