Suriya 5 ölkəni BMT-yə şikayət etdi

Suriya 5 ölkəni BMT-yə şikayət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə və İsrail rejimi əleyhinə addım atıb.
Bu barədə Bəşər Cəfəri jurnalistlərə açıqlamasında bildirib.
O, açıqlamasında vurğulayıb ki, sözügedən dövlətlərin hər biri terrorçuları dəstəkləyirlər və hazırda Suriya xalqına qarşı mübarizə aparırlar.

"Bu səbəblə də Suriyaya qarşı döyüşən dövlətlərdən BMT-yə şikayət etmişik. Bu barədə rəsmi məktubla BMT baş katibi Antonyo Quterreşə müraciət etmişəm", - deyə Bəşər Cəfəri qeyd edib.

Mənbə: eastnews.org