Deputat Kürdəmirin suvarma problemindən danışdı

Deputat Kürdəmirin suvarma problemindən danışdı

“Parlamentin bugünki iclasında Azərbaycanda kənd təsərrüfatının qarşısında duran ən vacib məsələlərdən biri-su problemi haqqında danışıldı. Məsələ ilə əlaqədar deputatlar çıxış edərək əhalinin su problemləri, dövlətin bu istiqamətdə indiyədək gördüyü və görüləcəyi planlaşdırılan layihələri haqqında fikir mübadiləsi apardılar”.

Cebhe.info xəbər verir ki, bunu deputat Əminə Ağazadə deyib.

Ə.Ağazadə xatırladıb ki, deputat kimi Nazirlər Kabinetinə ilk müraciətində Kürdəmir rayonunda əkin sahələrinin suvarılması problemini qaldırıb:

“Məlumat üçün bildirirəm ki, hazırda bu məsələ ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı ASC-yə tərəfimdən müraciət hazırlanaraq təqdim edilib və bu məsələnin rayon üçün aktuallığı xüsusi olaraq qeyd edilib. Ümid edirəm ki, dövlət qurumları bununla əlaqədar əməli tədbirlər görəcəkdir”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info