Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

Türkiyə, Aralıq dənizinin şərqindəki maraqlarını müdafiə etmək əzmindədir.

İnterAz-ın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlayıb.

Aksoy, Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın, Türkiyə Neft Şirkətinin (TPAO) Aralıq dənizində seysmik və qazma əməliyyatları aparmaqla bağlı lisenziya almaq üçün sorğusuna dair açıqlamasını şərh edib.

Aksoyun sözlərinə görə, kəşfiyyat və qazma işlərinin planlaşdırıldığı ərazilər BMT-yə də məlumat verildiyi Türkiyənin suverenliyi altındadır.

Aksoy bildirib ki, Ankara özünün və Kiprin türk icmasının Şərqi Aralıq dənizindəki maraqlarını qorumaqda qərarlıdır.

"Türkiyə, əvvəlcədən təyin edilmiş proqrama uyğun olaraq seysmik və qazma işlərini davam etdirir", o bildirib.

Mənbə: www.interaztv.com