İsrailli politoloq: “İrəvan və Bakı istəsə, Yerusəlimi dialoq platforması kimi istifadə edə bilər”

İsrailli politoloq: “İrəvan və Bakı istəsə, Yerusəlimi dialoq platforması kimi istifadə edə bilər”

“İsrail həm Azərbaycan, həm də Ermənistanla dostluq münasibətlərinə malik olmaq istəyir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İsrailli politoloq Aviqdor Eskin deyib.

Eskin qeyd edib ki, İsrail bu dövlətlərin müstəqilliyinin ilk günündən etibarən bənzər istəyə malikdir.

“Bunlar Ermənistan üçün hədsiz dərəcədə çətin zamanlar idi, Ter-Petosyanın o vaxt İsrail ilə maraqlanmaq əvəzinə həll ediləsi bir çox başqa problemləri var idi”, - deyə israilli politoloq bildirib.

Eskin söyləyib ki, İrəvan və Bakı istəsə, Yerusəlimi dialoq platforması kimi istifadə edə bilər.

 

Mənbə: ordu.az