“Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var”

“Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var”

Cəlil Xəlilov: “Müharibə şəraiti, torpaqlarımızın bir hissəsinin işğal altında olması faktı bunu ikiqat zəruri edir”

Millət vəkili FazilMustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpaedilməsi təklifi ilə çıxış edib.

Moderator.az-aaçıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatınınsədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasınınvacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə müraciət etdiklərinibildirib:

“Təbii ki, məktəblərdə hərbidərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması,torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasınıikiqat zəruri edir.

Sadəcə orta məktəblərdədeyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir.Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başavurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslərtədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizinxidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkinbilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.

Biz Respublika VeteranlarTəşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həminmüraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədiilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitinyaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi və s. kimi təkliflər səsləndirmişik. Habelə, buişdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflərolsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.

Bir daha qeyd edirəm ki,gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinəmarağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizinmaraqları bizdən məhz bunu tələb edir”.

Mənbə: moderator.az