Moldova hərbçiləri Moskvadakı hərbi paradda iştirak edəcək

Moldova hərbçiləri Moskvadakı hərbi paradda iştirak edəcək

Moldovalı hərbçilər 24 iyun İkinci Dünya Müharibəsi ilə bağlı Qələbənin 75-ci ildönümü münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək.

Cebhe.info xəbər verir ki, bu barədə Moldova Prezidenti İqor Dodon bildirib.

Onun sözlərinə görə, Moldovalı hərbçilərin Qələbə Paradında iştirakı üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və xarici liderlər 24 iyun Qələbə günü “Qırmızı meydan”dakı kürsüdən paradı izləyəcəklər.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info