Çinin 97 milyonluq qonşusunda: Yoluxma az, ölüm və qadağalar yox

Çinin 97 milyonluq qonşusunda: Yoluxma az, ölüm və qadağalar yox

Koronavirusun ilk olaraq yayıldığı Çinin qonşuluğundakı 97 milyon sakini olan Vyetnamda indiyə qədər koronavirusdan ölüm fakt qeydə alınmayıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, ölkədə ancaq 328 yoluxma faktı qeydə alınıb. Mütəxəssislər bu nəticənin ölkədə zamanında görülən tədbirlərlə əlaqələndirib. Vyetnam bölgədə daha az inkişaf etmiş səhiyyə sisteminə sahib ölkədir və əhalinin gəlirləri yüksək deyil. Buna görə də ölkədə koronavirusla bağlı vəziyyət bütün dünyanın diqqətini çəkir. Bu ölkədə 10 min nəfərə cəmi 8 həkim düşür.

Vyetnamda cəmi 3 həftə ciddi karantin tədbirləri görülüb. Aprelin sonlarında isə sosial məsafə qaydası da aradan qaldırılıb. Son 40 gündə heç bir yoluxma faktı qeydə alınmayıb. Müəssisə və məktəblər açılıb, həyat normala qayıdıb. Bəziləri Vyetnamın yoluxma və hətta ölüm faktlarını gizlətdiyini iddia edir. Ancaq Oksford Universitetinin mütəxəssisi Guy Tvaites hər gün xəstəxanaları gəzdiyini, vəziyyətin rəsmi rəqəmlərə uyğun olduğunu bildirib.

Onun sözlərinə görə, ölkədə az sayda yoluxmanın olmasına səbəb Vyetnamın zamanında karantin tədbirləri görməsi olub. Ölkədə heç bir yoluxma olmadığı zaman karatin elan edilib. Ölkədə ilk yoluxma 23 yanvarda qeydə alınıb. Ancaq karantin tədbirləri daha əvvələ təsadüf edib. Baxmayaraq ki, o zaman ÜST virusun insandan insana yoluxmasına dair dəlillərin olmadığını bildirmişdi.

Ölkədə Ay yeni ili qeyd oldunduğu bir zamanda Baş nazir koronavirusa qarşı müharibə elan edib. 27 yanvarda Kommunist Partiyası təcili toplaşaraq "Bu virusa qarşı mübarizə düşmənə qarşı mübarizə kimidir" qərarına gəlib.

1 fevralda ölkədə 6 yoluxma qeydə alınıb. Dərhal fövqəladə vəziyyət elan edilib, Çinlə bütün uçuşlar dayandırılıb, Çin vətəndaşlarına verilən viza təxirə salınıb. Fevral ayı boyunca ölkədə tədbirlər təxirə düşüb, martın sonunda isə əcnəbilərin səfəri qadağan olunub.

Nəticədə yoluxmanı nəzarətdə saxlamaq mümkün olub. 13 fevrala qədər yoluxma sayı ancaq 16 olub. 3 həftə ərzində ölkədə ikinci dalğa elan edilib. Buna səbəb xaricdəki vətəndaşların ölkəyə qaytarılması olub. 2 həftə məcburi karantin tədbirləri görülüb.

Bütü bunların sayəsində Çinin qonşusu Vyetnamda koronavirusdan bircə ölüm faktı belə yoxdur.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info