Ölkə başcısının tapşırığı uğurla davam etdirilir - Paytaxtın mərkəzi ilə yanaşı digər ərazilər də abadlaşdırılır

Ölkə başcısının tapşırığı uğurla davam etdirilir - Paytaxtın mərkəzi ilə yanaşı digər ərazilər də abadlaşdırılır

Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

Hazırda Nizami rayonu Qara Qarayev prospektində təmir - yenidənqurma işləri aparılır. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçədə avtomobillərin maneəsiz hərəkətinin təmin edilməsi üçün müasir yol infrasrastrukturu yaradılır. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulma həyata keçirilir.

atv.az

Mənbə: www.atv.az