Putin pulu qara günə saxlayır, amma o qara gün artıq gəlib...

Putin pulu qara günə saxlayır, amma o qara gün artıq gəlib...

Bildiyiniz kimi Rusiyada Konstitusiyaya dəyişiklik edilməsi haqqında aprelin 22-də keçiriləcək referendum pandemiya səbəbi ilə təxirə salınmışdı.

Prezident Vladimir Putin dünən qərar qəbul etdi ki, referendum iyulun 1-də keçirilsin. Rusiya politoloqları referendumun Covid-19-un ölkədə tuğyan elədiyi bir vaxtda keçirilməsinə qarşı çıxışlar edirlər. Ümumiyyətlə, hakimiyyət maraqlarının insan amilindən, dövlətçilik amilindən üstün tutulması diktatura, avtoritar rejimlərə xas olduğu üçün hər zaman narazılıqlara səbəb olur və politoloq Vladimir Rıjkovun “Exo Moskvı” radiosuna verdiyi müsahibədən təqdim etdiyimiz bir hissənin Azərbaycan oxucuları üçün də maraqlı olacağını nəzərə alıb tərcüməsini diqqətinizə çatdırırıq. Vladimir Rıjkov deyir:

“Vladimir Putin üçün ən vacib şey Vladimir Putin və Vladimir Putinin hakimiyyətidir. O neft qiymətlərindən daha vacibdir, epidemiyalardan, pandemiyadan, koronavirusdan daha vacibdir, ən vacibidir. Buna görə də, Kreml əsəbiləşdi - "əsəbiləşdi" sözünü seçirəm - çünki koronavirus onun planlarına müdaxilə etdi, çünki onlar bu işi tələsik fırlatmalı idilər.

Putin və iqtidar üçün Putin və hakimiyyət daha vacibdir, onlar üçün cəmiyyət və inkişaf vacib deyil. Ona görə də insanlara dəstək olmaq üçün onlara bu ağır günlərdə pul xərcləmir, gələcək seçkilərinə xərcləmək istəyir. Axı, niyə prezidentlik müddəti sıfırlanır – yenidən seçkiyə getmək üçün. Hə, onda pul lazım olacaq. Seçkidən bir ay əvvəl hamıya paylasın, çünki ona yenidən hakimiyyətdə qalması üçün pul lazım olacaq. Buna görə ölkə rəhbərliyinin prioriteti inkişaf deyil, prioritet onun hakimiyyətinin uzadılmasıdır. Buna görə insanlara az xərcləyir, amma seçkilərə çox xərcləyirlər.

Eyni zamanda, bir çox ekspertlər, gələn ilin payızında, Rusiya Federasiyası vətəndaşları hamımızın içində olacağımız vəziyyətin dərinliyini və mürəkkəbliyini hiss edəcəkləri ilə razılaşırlar, çünki bu bir neçə aylıq karantin və yay davam edərkən, ümumiyyətlə iqtisadiyyatın inkişafına kömək görünmür, hətta tamamilə əks proses gedəcək.

Bütün bu hadisələrin bir dominantı var. Dominant - Vladimir Putinin və ətrafında 20 il ərzində formalaşan qrupun hakimiyyətinin qorunub saxlanmasıdır. Hər şey bununla və yalnız bununla müəyyən edilir. Bu nə inkişaf, nə statistika, nə iqtisadiyyat, nə də uşaqlı ailələrin məsələsi deyil. Yalnız bir sual düşündürür: hakimiyyətdə necə qalmaq? Hakimiyyətin bütün hərəkətləri də məhz buna tabe edilib. Demirəm dövlətin, çünki dövlət cəmiyyətin maraqlarına xidmət etməlidir. Cəmiyyətin maraqlarına xidmət edən bir dövlətimiz yoxdur. Bizdə öz məkirli maraqlarını həyata keçirən hakimiyyət mövcuddur.

Bizim məntiqimiz bir-birinin tam əksinədir: yığılan pulu qara günə saxlamaq. Qara gün isə artıq gəlib.

Mənbə: moderator.az