Moskvadan Ankaraya inanılmaz təklif: Birgə hazırlayaq!

Türkiyənin milli qırıcı təyyarə (TF-X) hazırlamasına yardımçı ola bilərik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Rusiyanın aviasiya texnikası ilə bağlı təcrübəsi nəzərə alındıqda, burada texnolji dəstək verəcəyimiz sahələr diqqət çəkir. Təyyarə mühərrikləri, idarəetmə, ekipaj heyəti, pilotların təhlükəsizliyi sistemi ilə bağlı təkliflər irəli sürə bilərik. Bu məsələlər müzakirə edildi”, - deyə Şuqayev bildirib.

O əlavə edib ki, Türkiyə TF-X qırıcılarını istehsal edib, dünyaya təqdim edəcəyi halda Su-57-yə rəqib olacaq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İnqilabi KƏŞF: Alimlər böyrək yetişdirdilər

SONRAKI XƏBƏR

Monteneqroda COVİD-19 epidemiyasının başa çatdığı bəyan edilib