Trampın fikirləri ilə razıyıq - Rusiya

Trampın fikirləri ilə razıyıq - Rusiya

ABŞ Prezidenti Donald Trampın G-7 ilə bağlı söylədiyi fikirlərlə razıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Mariya Zaxarova deyib.

O bildirib ki, həqiqətən də Böyük Yeddilik dünyada baş verənləri doğru şəkildə əks etdirmir:

“Moskvanın mövqeyi bəllidir. Dünya siyasəti və iqtisadiyyatı ilə bağlı problemlər Avropanın seçilmiş klubları çərçivəsində həll edilə bilməz. Həmçinin Pekinin də iştirakı olmadan qlobal əhəmiyyətdə olan prosesləri icra etmək mümkün deyil”.

Xatırladaq ki, Tramp G-7 formatının dünyada baş verənləri doğru əks etdirmədiyini, bu formatın artıq vaxtının keçdiyini bildirmişdi.

Eyni zamanda, ABŞ Prezidentinin payızda keçiriləcək G-7 sammitinə Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı da dəvət edəcəyi haqda məlumat yayılıb.

Mənbə: axar.az