ABŞ-da etiraz aksiyaları 250 şəhərə və 23 xarici ölkəyə sirayət edib

ABŞ-da polis zorakılığına qarşı baş qaldıran etiraz aksiyaları ölkənin 250 şəhərinə sirayət edib. Fransa da daxil olmaqla 23 ölkə oxşar etiraz aksiyalarının şahidi olub.

İnterAz xəbər verir ki, ABŞ-ın Minneosota ştatında qaradərili vətəndaşın polis zorakılığı nəticəsində ölməsindən sonra baş qaldırmış etirazlar, iğtişaşlar və toqquşmalar artıq 7-ci günə daxil olub.

ABŞ KİV-lərinin məlumatına görə etirazlarlar ölkənin 250 şəhərinə sirayət edib.

Ötən gecə bir sıra Avropa ölkələri o cümlədən Fransa da ABŞ polisinin zorakılığına qarşı etiraz aksiyalarının şahidi olub.

İsrailin paytaxtı Təl-Əviv də etiraz aksiyalarının şahidi olub.

Ötən gün Çikaqo da etiraz aksiyaları və toqquşmalar zamanı atışmanın şahidi olub. Burada ölən və yaralananların olduğu bildirilir.

Associated Press-in məlumatına görə ABŞ-da son bir həftənin etiraz aksiyaları və toqquşmalarında 5,600 nəfər həbs edilib.

ABŞ-da bir çox rəsmi qurum nümayəndələri də ölkədə Trampa qarşı təbliğat kompaniyalarına qoşulublar.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb

SONRAKI XƏBƏR

Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA