ABŞ daxilində xaos: Tramp seçkilərdə məğlub olsa, nələr olacaq?..

Bu zaman Dərin Amerikanın sakit bir şəkildə təslim olmayacağını bildiyimiz üçün təbii ki, böyük müharibə dünyanı bürüyər...

 

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

Bildiyiniz kimi, ABŞ daxilində ciddi xaos baş verir. İnsanlar küçələrə axışıblar. Qaradərili bir vətəndaşın polis tərəfindən öldürülməsindən sonra ölkə müharibə meydanına çevrildi. Halbuki ABŞ polisinin bir günahsızı öldürməsi yeni hadisə deyil. Lakin bu dəfəki reaksiya çox böyük oldu.

Görünür, ilk dəfədir qaralarla birlikdə ağlar da küçələrə axışıblar. Ağların qaraların hüquqlarını qoruması adi bir vəziyyət deyil.
Bəs bu qarşımızdakı mənzərə nəyə bənzəyir?

Amerika Birləşmiş Ştatları koronavirusun memarıdır. Mərkəzində Vaşinqtonun olduğu bu super plan bütün dünyanı sarsıdıb. Çin, sonra isə Avropa və Asiya koronavirusla mübarizə apararkən, ABŞ çox rahat idi. Bununla birlikdə, ABŞ özü də koronavirusla mübarizə aparmalı oldu. Hollivud filmlərində daima dünyanı xilas edən Vaşinqton böyük bir xaosa girəcək və sonra da zəfər çalacaqdı. Yaratdıqları peyvənd də digər ölkələri əvvəlki vəziyyətinə qaytaracaqdı. Plan təxminən belə idi.

Əlbəttə ki, bu durum Amerika iqtisadiyyatına digər ölkələrdən daha az təsir göstərəcək və çökməkdə olan ölkələr BVF vasitəsilə ABŞ-ın əsiri olacaqdılar. Plan böyük bir uğurla irəliləyərkən koronavirusun təsiri daha da böyüdü. Xüsusilə, işsizlik Amerika iqtisadiyyatına tarixin ən ağır zərbəsini vurdu. Bu, gözlənilməz bir vəziyyət idi. Çünki uzağı 20 milyon insanın işsiz qalacağı proqnozlaşdırılsa da, bu rəqəmin 60 milyona çatacağı məlum oldu.

Tramp isə hər nə qədər Dərin dövlətə qarşı olduğunu iddia etsə də, o, bu quruluşun əlindədir. Yoxsullaşan, işsiz amerikalılar da qəfildən Trampın əleyhinə olmağa başladılar.

Çinin arxasındakı güc olan London isə əlindəki ən böyük gücü olan “qara silah”dan yenə istifadə edib. Beləliklə, mayın 25-də qara Corc Floyd bir polis məmuru tərəfindən öldürüldü.

Bu, ABŞ-da baş verən adi bir hadisə idi. Lakin bəzi zamanlarda bu cinayətlər böyüdülür və yenə belə oldu. Açıq şəkildə hədəf Trampdır. Onsuz da Tramp dəfələrlə Ağ Evdə bu cür sıradan olmayan vəziyyətlərlə üzləşib.

Əgər Corc Floyd martın 20-də öldürülsəydi, heç bir amerikalı buna əhəmiyyət verməyəcəkdi. Çünki hələ koronavirus çaxnaşması başlamamışdı. Buna görə, koronavirusun təsiri artmalı və işsizlik səviyyəsi ciddi səviyyəyə çatmalı idi. Beləliklə, 25 may bunun üçün uyğun bir tarix idi. Seçilən bədbəxt adam isə Corc Floyd oldu.

Corc Floydun boğazını dizi ilə sıxaraq onu öldürən polis məmuru Derek Şovin idi. 44 yaşlı Şovinlə bağlı dəfələrlə rəsmi şikayətlər edilsə də, o, heç vaxt qanuni bir cəza almayıb. Üstəlik, əvvəllər də günahsız insanları silahla hədələyib.

24 may gecəsi qatil polisi Derek Şovinin evinə çox önəmli bir qonaq gəlib. Onun istəyinə görə, qaradərili bir vətəndaş 12 saat ərzində öldürülməli idi. Əlbəttə ki, qarşılığını da alacaqdır. Derek Şovinlə bağlı xəbərlərə fikir verməyin, o, sadəcə olaraq öz işini gördü. Bir müddət əvvəl evdə Derek Şovini evində ziyarət edən komanda da cinayəti kamera ilə lentə alıb və yayımlayıb.

Tramp üçün çətin günlər başlayərkən çox ciddi bir ailə - Kok ailəsi ortaya çıxdı. Bu, ABŞ Dərin dövlətinin mərkəzindəki ailələrdən biridir. Ailə ən nüfuzlular olduğunu üçün onları “kochtopus”, yəni aktapot kimi təsvir edirdilər. Çünki hər yerdədirlər. Təsirləri də olduqca çoxdur.

ABŞ-Çin müharibəsini təşkil edən də Devid Kok idi. Bu müddət ərzində ABŞ prezidenti Tramp və ABŞ Xarici İşlər Pompeo ilə dəfələrlə görüşən Devid Kok Çinin trilyonlarla dollar təzminat ödəməsini istəyən ilk insan idi. Hətta Devid Kokun Çində böyütdüyü və ölkənin ən əhəmiyyətli iş adamı halına gətirdiyi Quo Venqui, yəni dəyişən adıyla Mayls Kuak fevral ayında tarixi bir çıxış edib. Çini günahlandıran və çox vacib məlumatlar verən Mayls Kuak həmin gecə Pompeoya baş çəkib.

Bu halda 3 yanvar 2019-cu ildə yazdıqlarımı yenidən xatırlamaq lazımdır:

“İllərlə Rotşild ailəsinin nümayəndəsi olaraq Çin Kommunist Partiyasında mühüm vəzifələri icra edib. Ancaq bəzilərinin fikrincə, o, ya Vaşinqtona üstünlük verdiyi üçün həbs ediləcəkdi, ya da həbs olunacağını bildiyi üçün Vaşinqtonla yaxın etdi. Artıq Quo Venqui də qıyıq gözlü bir amerikalıdır. Nyu Yorkda, Mərkəzi park mənzərəsi olan möhtəşəm bir mənzildə yaşayır və inanılmaz bir qoruma qalxan altındadır. Bu da Rotşild ailəsi qədər, Çində də böyük narahatlığa səbəb olur...”

Mayls Kuok, yəni Quo Venqui 2020-ci ilin yanvarından əvvəl olduğunu Çində koronavirus olduğunu və Ümumdünya Səhiyyə Təşkilatı və Pekin rəhbərliyinin bunu gizlətdiyini deyib. O, çox önəmli sənədləri açıqlayarkən Devid Kok da mərkəzdə idi. Devid Kok indi Trampı xilas etmək üçün hərəkətə keçib.

ABŞ prezident seçkilərində bəzi ştatlarda xalqın qərarı çox vacibdir. Bəzi ştatlarda qərarı Dərin dövlət versə də, Kolorado, Miçiqan, Nevada, Virciniya, Viskonsin, Texas və Minnesota çox çox önəmlidir. Minnesota Corc Floydun öldürüldüyü ştat olduğu üçün qiyamın mərkəzinə çevrilib.

Dürüst Seçkilər Layihəsi adlandırılan qurum tərəfsiz kimi görünsə də, Devid Kok tərəfindən idarə olunur. Dürüst Seçkilər Layihəsi işsiz qalan amerikalılara milyardlarla dollar vəd edir. Onların iş həyatının bərpa ediləcəyinə zəmanət verərək həmin seçicilərin Trampa səs verməsini istəyirlər. Yəni xalqın səsini dollarla almağa çalışırlar.

Müharibə böyüdükcə Amerika tarixinin ən önəmli seçkisi də yaxınlaşır. Tramp qalib gəlsə, Dərin Amerika istədiyi sistemi yaradacaq.
Bəs Tramp məğlub olsa, nə olacaq? Bu zaman Dərin Amerikanın sakit bir şəkildə təslim olmayacağını bildiyimiz üçün təbii ki, böyük müharibə dünyanı bürüyər. Asiyadan və ya Yaxın Şərqdən başlamasının heç bir fərqi yoxdur. Hər ölkə müharibənin bir tərəfi olmağa məcbur qalacaq.

Koronavirusdan sonra yeni nizamın qurulması dəqiq görünürdü. Ancaq hələ də problemli məsələlər həll edilməyib və müharibə sürətlə davam edir. Qaradərililərin üsyanında 33% insanın ağdərili olması Corc Floydun ölümünün sadəcə ilk addım olduğunu göstərir. Lakin, əslində, ABŞ-dakı hər 10 ağ adamdan 9-u qaraları sevmir. O qalan 1 nəfər öz reaksiyasını göstərməz. Bu halda küçələrdəki ağ insanları necə başa düşək?

Görünür, ABŞ və İngiltərə-Çin arasındakı müharibənin gəldiyi vəziyyəti bu vəziyyətdə başa düşmək lazımdır. “Kochtopus”, yəni Kok ailəsi Trampın, Pompeonun, Stiv Bennonun və bir çox digər vacib şəxslərin rəhbəridir.

Bunların arasında öz zəkası ilə fərqlənən Stiv Bennon keçən gün deyib:

“Biz uzun müddətdir ki, Vaşinqtonun Çinlə üzləşmək üçün cəsarətlənməyini gözləyirdik. Hələ də tam olaraq üzləşmə olmayıb. Çox sərt sözlərdən başqa hələ də bir addım və qətiyyət yoxdur. Bir neçə il əvvəl dediyim sözlərin arxasındayam. Çinlə vuruşacağıq və bu, çox uzun müddət sonra baş verməyəcək”.

Müharibənin gəldiyi yer tam da budur. Düşünürəm ki, Stiv Bennonun sözlərinə təkrar-təkrar nəzər salmaq və Tsinpinin “Koronavirusdan sonrakı müharibəyə hazırıq” sözlərini unutmamaq lazımdır.

Ümid edək ki, daha sağlam addımlar atıb, ortaq məxrəcə gəlsinlər. Əks halda gedişat heç yaxşı deyil.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Kaliforniyada helikopter qəzası: 3 ölü var

SONRAKI XƏBƏR

83 min manat dələduzluqda təqsirləndirilən ƏƏSMN-in sabiq əməkdaşının məhkəməsi başlayır