Senatda Trampı pisləyən qətnamə blok edilib

Senatda Trampı pisləyən qətnamə blok edilib

ABŞ Senatında əksəriyyət təşkil edən Respublikaçılar ABŞ Prezidenti Donald Trampı "dinc etirazları" yatırmaqda qınayan qətnaməni blok edib.

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, demokratlar sənədin sürətləndirilmiş qaydada səsverməyə çıxarılmasını təklif edib, lakin respublikaçıarın lideri Mitç Makkonel onların bunun əleyhinə olduqlarını bildirib.

Qətnamə, "federal məmurlara Lafayet Meydanındakı dinc etirazçıları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək dağıtmağı əmr etdiyinə görə Trampı qınamaq məqsədi daşıyır."

Mənbə: www.interaztv.com