“Azq”: Ermənistan böhran şəraitində böhran yaşayır

“Azq”: Ermənistan böhran şəraitində böhran yaşayır

“Ermənistan böhran şəraitində böhran yaşayır. Heç bir ölkə pandemiyanın qlobal təsirindən kənar qalmayıb və Ermənistan istisna deyil”. Ordu.az xəbər verir ki, bunu ABŞ-da yaşayan erməni fəal Yervand Azatyan “Azq” nəşrində yazıb.

Müəllif yazır ki, Ermənistanda vətəndaşların infeksiyaya qarşı yanaşması səhiyyə sahəsinin işçilərinin fəaliyyətini çətinləşdirir.

“Bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan yönümlü bəyanatı ilə alovlu vəziyyətə yağ əlavə edib. Bu, Ermənistanda səslənən anti-rus ritorikası və zaman-zaman həyata keçirilən fəaliyyətləri nəzərə almaqla uzun müddətdir gözlənilən zərbə idi. Lavrov danışıqlar masasında Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tərəfindən müzakirə olunan sənədin olduğunu bildirərək Ermənistan Xarici İşlər Nazirliyini şok edib.

Sergey Lavrov həmçinin əlavə edib ki, sənəd Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən bəzi rayonlardan erməni qoşunlarının çıxarılması ilə başlamalı olan mərhələli həlli nəzərdə tutur. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bənzər sənədin mövcudluğunu təkzib edib”, - deyə nəşr yazıb.

 

Mənbə: ordu.az