ABŞ Venesuelaya görə 4 şirkətə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft məhsulları tədarük edən dörd şirkətə qarşı sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu məlumatı nazirliyin mətbuat xidməti yayıb. Sanksiyaların tətbiq olunduğu şirkətlərdən üçünün Marşal adaları, birinin isə Yunanıstanda qeydiyyatdan keçdiyi vurğulanıb.

Bu şirkətlərin istifadə etdikləri tankerlər də ABŞ sanksiyalarına məruz qalıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı

SONRAKI XƏBƏR

İmişlidə istixanalardan 105 ton pomidor yığılıb