Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini uzadıb

Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb. 

“Report” xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. 

Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.  

Report.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)

SONRAKI XƏBƏR

Karantin rejimi yenidən sərtləşdirillir? - AÇIQLAMA