ABŞ Hindistanı G7 sammitində iştirak etməyə dəvət etdi

ABŞ Hindistanı G7 sammitində iştirak etməyə dəvət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, etirazların davam etdiyi bir zamanda ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş Naziri Narendra Modiyə zəng edərək, ABŞ-da keçiriləcək G7 sammitində iştirak etməyə dəvət edib.

Hindistan mediasının verdiyi məlumata görə, Dehli hökuməti 25 dəqiqəlik telefon danışığı zamanı iki tərəfin Hindistan və Çin arasındakı sərhəd gərginliyi, koronavirus böhranı və ABŞ-dakı etirazlar da daxil olmaqla müxtəlif mövzuları müzakirə etdiyini söyləyib.

Telefon danışığında Hindistanın Baş Naziri Trampın G7 qrup üzvlərinin sayını genişləndirmək qərarını yaradıcı və irəli baxan bir yanaşma olaraq xarakterizə edib.

Bu həftə ABŞ Prezidenti Donald Tramp G7 sammitinin sentyabra qədər təxirə salınacağını açıqlayıb, Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı sammitə dəvət etmək istəyib.

Mənbə: eastnews.org