Etirazlar Trampın prezidentlik şanslarını artırır - Braun

Etirazlar Trampın prezidentlik şanslarını artırır - Braun

ABŞ Prezidenti Donald Trampın ikinci dəfə seçilmək şansları ölkədəki etirazlar fonunda artıb.

Axar.az xəbər verir ki, bunu Perdyu Universitetinin Afroamerika Tədqiqatları Fakültəsinin dosenti Nadya Braun deyib.

“Onun qələbə üçün yaxşı şansları var. Əgər bunu Corc Floydun ölümündən öncə soruşsaydınız mən onun koronavirusa verdiyi reaksiya ucbatından şanslarının az olduğunu deyərdim. Kütləvi iğtişaşlar fonunda Trampın yanaşmasını bölüşənlərin sayı artır. Buna həmçinin Demokratlar Partiyasının sol qanadına olan hücumlar da şərait yaradır”,- deyə o bildirib.

Mənbə: axar.az