ABŞ-da etiraz aksiyaları koronavirusun 2-ci dalğasını gücləndirə bilər

ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları bitmək bilmir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar səbəbindən hər gün minlərlə insan küçələrə axışır. İnsanların maskadan istifadə etməməsi və sosial məsafəni qorumamaları koronavirusun 2-ci dalğasının yayılması ilə bağlı şübhələri artırıb.

Xüsusilə, etiraz aksiyalarında qara dərili insanların iştirak etdiyi üçün virusun onlar arasında yayılması ehtimalı daha güclüdür. Xatırladaq ki, ABŞ dünyada "Covid-19"un ən geniş yayıldığı ölkədir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlandı

SONRAKI XƏBƏR

Uçurumdan düşən evin sakinləri möcüzəylə sağ qaldılar - FOTOLAR