İsrail qüvvələri daha 20 fələstinlini saxladı

İsrail qüvvələri daha 20 fələstinlini saxladı

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi qüvvələri işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində müxtəlif yerlərə basqın edib.

Basqınlar zamanı 20 fələstinli saxlanılıb.

Saxlanılanlar arasında 13 yaşlı bir uşağın da olduğu bildirilib.

Qeyd edək ki, İsrail rejimi qüvvələri Şərqi Qüds və İordan çayının qərb sahilində tez-tez evlərə basqın edərək, fələstinliləri nəzarətə götürür.

Mənbə: eastnews.org