Ermənistanda COVID-19 qurbanlarının sayı 170-ə çatdı

Ermənistanda COVID-19 qurbanlarının sayı 170-ə çatdı

Ermənistanda aşkar olunan COVID-19 yoluxma hallarının sayı 10 524-ə çatdı.

KONKRET.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzi bildirir.

Müqayisə üçün qeyd edirik ki, 2 iyun tarixinə ölkədə 100009 təsdiq olunmuş yoluxma hadisəsi olub. Beləliklə, ötən gün ərzində 515 yeni yoluxma hadisəsi aşkar edilib.

170 nəfər koronavirusun ağırlaşmasından öldü (son bir gün ərzində 12 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 56-dır (son bir gün ərzində 3 nəfər).

Yeni məlumatlara görə, infeksiyadan sağalanların sayı 3 454 nəfərdir. Ölkədə cəmi 61 min 650 sınaq keçirilmişdir.

Xatırladaq ki, martın 16-dan etibarən Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılır.

Mənbə: konkret.az