Amerikadakı iğtişaşlarda Məhəmməd Əli yad edildi

Amerikadakı iğtişaşlarda Məhəmməd Əli yad edildi

Əfsanəvi boksçu Məhəmməd Əlinin ölümündən 4 il ötür

Amerikalı boksçu və hüquq müdafiəçisi Məhəmməd Əlinin ölümündən 4 il ötür.

Sonxeber.az xəbər verir ki, ABŞ-da qaradərili Corc Floydun ölümündən sonra anti-irqçi etirazlar başlasa da, həyatını irqçilik və ayrıseçkiliklə mübarizəyə həsr etmiş ABŞ boksçusu və hüquq müdafiəçisi Məhəmməd Əli ölümünün 4-cü ilində nümayişlərin kölgəsində yad edilib.

Məhəmməd Əli 3 iyun 2016-cı ildə tənəffüs yolundakı narahatlıq səbəbiylə 74 yaşında dünyasını dəyişib.
İdman dünyasında "bütün dövrlərin ən böyüyü" olaraq bilinən boksçu və hüquq müdafiəçisi Məhəmməd Əli, "Parkinson" xəstəliyinə baxmayaraq ölənə qədər irqçilik və ayrıseçkiliklə mübarizə aparıb.

Yalnız üzvü olduğu qara cəmiyyətə deyil, bütün Amerika xalqına və hakimiyyətə özünü sevdirən Əli bu mübarizəsi ilə təqdir edilib.

Mənbə: sonxeber.az