Qazaxıstanda ABŞ bazası tikilmir - Tokayev

Qazaxıstanda ABŞ bazası tikilmir - Tokayev

Qazaxıstanda ABŞ hərbi bazasının tikintisi gündəmdə deyil və müzakirə edilmir.

Axar.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib. Onun sözlərinə görə, Qazaxıstan ABŞ-la daimi olaraq silahsızlanma və nüvə silahının yayılmaması ilə bağlı danışıqlar aparır. O, ABŞ və Qazaxıstan mütəxəssislərinin bundan öncə Almatıdakı keçmiş vəba əleyhinə institutun bazasında bioloji təhlükəsizlik sferasında birgə çalışdıqlarını bildirib. Tokayev tərəflər arasında müqavilənin müddətinin bitdiyini və xaricilərin laboratoriyanı tərk etdiyini deyib.

Mənbə: axar.az