Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək

Çin və Hindistan hərbçiləri son hadisələri müzakirə edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Hindistan və Çinin yüksək rütbəli zabitləri Ladax bölgəsində baş verən insidenti iyunun 6-da müzakirə edəcək.

Bunu Hindistanın Müdafiə naziri Racnat Sinx "News18" televiziya kanalına müsahibəsində söyləyib.
“İyunun 6-da yüksək rütbəli zabitlər arasında danışıqlar olacaq. Mən bunu bu gün ordunun baş komandanı ilə müzakirə etdim. Hətta əvvəllər Doklama bölgəsində baş verənlərə bənzər fikir ayrılıqları olanda hərbi və diplomatik səviyyədə danışıqlar yolu ilə həll edildi”, - deyə R. Sinx bildirib.
Xatırladaq ki, mayın sonunda Çin və Hindistanın Ladax dağlıq bölgəsində qarşıdurma baş verib. Çin və Hindistan hərbçiləri bir-birlərini daşqalaq edərək, hərbi avtomobillərə zərər vurublar.
Qeyd edək ki, tərəflər adıçəkilən ərazilərin özlərinə məxsus olduğunu bildirir və bu səbəbdən narazılıqlar baş verir.

Mənbə: eastnews.org