Britaniya qırıcıları rus təyyarəsini qovdu...

Britaniya qırıcıları rus təyyarəsini qovdu...

Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus "Typoon" qırıcıları Rusiyanın "İl-20" hərbi təyyarəsinin Baltik dənizi üzərində uçuşuna son qoymaq üçün döyüş vəziyyətinə gətirilərək havaya qalxıb.

Moderator.az xəbər verir ki, ingilis qırıcıları rus təyyarəsini bir müddət havada manevr etmək imkanından məhrum edib. Sonra isə "Typhoon" təyyarələri "İl-20" təyyarəsini ərazidən çıxarıb.

Qeyd edək ki, mayın 1-dən Litvadakı Şaulyay aviabazasında yerləşən NATO qırıcıları təlim-məşq uçuşları keçirir. Təlim NATO-nun "Baltic Air Policing" proqramı çərçivəsində reallaşdırılır. Rusiyanın "İl-20" hərbi təyyarəsi Baltik dənizi üzərində uçarkən Britaniyanın "Typoon" qırıcıları ərazidə İspaniyaya məxsus döyüş təyyarələri ilə birlikdə növbə çəkirmiş.

Mənbə: moderator.az