Koronavirusa baxmayaraq Bayden Floydun dəfninə gedəcək...

Koronavirusa baxmayaraq Bayden Floydun dəfninə gedəcək...

ABŞ-ın sabiq vitse-prezidenti, 77 yaşlı Cozef Bayden koronavirus pandemiyasına görə izolyasiyada olsa da, Corc Floydun dəfnində iştirak edəcək.

Moderator.az-ın məlumatına görə, Bayden qərarında qəti olduğu bildirib. O, yaşadığı Delavar ştatından Minneapolis şəhərinə yola düşməsi üçün heç bir problemin olmadığını vurğulayıb.

Corc Floydla vida mərasimi iyunun 9-da Minneapolisdə keçiriləcək.

Xatırladaq ki, Corc Floydu bu yaxınlarda Minneapolisdə bir ağdərili polis boğaraq öldürüb. Qaradərili vətəndaşa qarşı bu zorakılıq irqi ayrı-seçkiliyin nəticəsi kimi qiymətləndirilir. Bu qətl ölkədə və xaricdə böyük əks-səda doğurub.

Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da prezident seçkisi keçiriləcək. Demokratlar Partiyasından prezidentliyə Cozef Baydenin namizəd olacağı gözlənilir. O, hazırkı prezident Donald Trampın əsas rəqibi sayılır.

Mənbə: moderator.az