Türkiyə 2 ölkə ilə sərhəd qapısını açır - BU HƏFTƏ

Türkiyə 2 ölkə ilə sərhəd qapısını açır - BU HƏFTƏ

Türkiyə koronavirusa görə bağladığı iki sərhəd qapısını açır.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Ticarət naziri Ruhsar Pekcan məlumat verib.

Onun sözlərinə görə, Habur və Gürbulaq sərhəd qapıları bu həftə açılacaq: “İyun ayında normallaşma sürəci başladığına görə biz də bu dönəmə ayaq basmışıq. Yerli valyuta ilə ticarət ön plana çıxacaq. Biz də tərəf müqabillərimizlə bu istiqamətdə müzakirələr aparırıq”.

Xatırladaq ki, Habur sərhəd qapısı İraqla, Gürbulaq sərhəd qapısı ilə İranla sərhəddə yerləşir.

Mənbə: cebhe.info