Nikol koronaya yoluxmayıb, sahibindən əmr alıb ki... - Asryan

Nikol koronaya yoluxmayıb, sahibindən əmr alıb ki... - Asryan

Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxmasına şübhə edirəm.

Axar.az xəbər verir ki, bu məlumat Erməni Qartalları: Vahid Ermənistan Partiyasının sədri Xaçik Asryanın bəyanatında yer alıb.

“Nikol Paşinyan, sən həqiqətən koronavirusa yoluxmusan, yoxsa 24 iyunda Moskvada baş tutacaq qələbə günü paradında amerikalı sahiblərinin əmri ilə iştirak etməmək üçün erməni xalqını növbəti dəfə aldadırsan? Aydındır ki, son iki ildə Paşinyan Ermənistanın idarəetmə, sosial-iqtisadi, hərbi, xarici siyasət sistemini dağıdıb, eləcə də koronavirusa qarşı dövlət səviyyəsində mübarizəni uğursuzluğa düçar edib”, – deyə o bildirib.

Asryan Paşinyanın ölkədə fövqəladə vəziyyəti uzatmaqla hakimiyyətini qorumağa çalışdığını söyləyib.

Mənbə: axar.az