Yaxın qonşuda korona şoku: Yoluxma kəskin artdı

Yaxın qonşuda korona şoku: Yoluxma kəskin artdı

İranda koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 70 nəfər artaraq 8 min 12-yə, yoluxma sayı 3 min 134 artaraq 160 min 696 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur məlumat verib.

Bildirilir ki, İranda mayın 2-də 802 olaraq qeydə alınan yoluxma sayı, qadağaların qaldırılması ilə mayın sonuna doğru 2 mindən çox artıb. 50-dən aşağı olan vəfat sayı dünən 81-ə yüksəlib, bu gün isə 70 nəfər olub.

Qeyd edək ki, koronavirusun ən çox yaılığı ölkələrdən olan İranda yoluxma sayının artması diqqət çəkir.

Normallaşan statistik göstəricilərdən sonra ölkədə məscidlər, dükanlar, bərbərlər, restoranlar və digər ictimai iaşə yerləri yenidən açılıb.

Mənbə: teleqraf.com