Tramp Nyu-Yorkla bağlı çağırış etdi: "Qoşun yeridilməlidir"

Tramp Nyu-Yorkla bağlı çağırış etdi: "Qoşun yeridilməlidir"

“Nyu-York artıq nəzarətdən çıxıb. Şəhər meri və ştat qubernatoru etirazları dərhal dayandırmalıdır!”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında Nyu-York şəhərində davam edən iğtişaşlar barədə açıqlama verərkən deyib.

O, şəhər meri Kuomonunun Milli Qvardiyanın kömək təklifini rədd etdiyini qeyd edib: “Nyu-York şəhərinə qoşun yeridilməsini təklif edirəm. Nyu-York radikallara, talançılara və bu kimi qruplara qarşı məğlub oldu. Tezliklə hərəkətə keçmək lazımdır”.

Ölkədəki yeni növ koronavirus epidemiyası səbəbilə Nyu-Yorkdakı qocalar evlərində həyatını itirənləri diqqətə çatdıran Tramp, yenidən səhvə yol verməməyə çağırıb: "Qocalar evlərində etdiyiniz dəhşətli səhvləri bu hadisələrdə yenidən etməyin”.

Xatırladaq ki, Tramp qubernator Kuomonu Milli Qvardiyanı köməyə çağırmamaqla Nyu-Yorku xaosa sürükləməkdə ittiham etmişdi.

Mənbə: www.yeniavaz.com