Erməni şərhçi: “Koronavirusun bu biabırçı göstəriciləri hazırkı hökumətin fəaliyyətinin obyektiv qiymətləndirməsidir”

Erməni şərhçi: “Koronavirusun bu biabırçı göstəriciləri hazırkı hökumətin fəaliyyətinin obyektiv qiymətləndirməsidir”

Ermənistanın “Politekonomia” tədqiqat institutu erməni siyasi şərhçi Yervand Bozoyanın post-kommunist ölkələrində koronavirusun yayılması səbəbləri və bu kontekstdə Ermənistanın “çempion” olması ilə bağlı müşahidələrini açıqlayıb. Bozoyan qeyd edib ki, Ermənistanda 1 milyon əhalinin hesablanmasına görə yoluxanların sayı 2829 nəfər təşkil edib.

“1 milyon nəfərin hesablanması ilə ölüm hallarının göstəricisinə görə bizdə rəqəm 41 nəfər təşkil edirdi”, - deyə o bildirib.

Erməni siyasi şərhçinin sözlərinə görə, koronavirusun bu biabırçı göstəricilər adi rəqəmlər deyil, bunlar Ermənistanın hazırkı hökumətinin fəaliyyətinin real və obyektiv qiymətləndirilməsidir.

 

Mənbə: ordu.az