Qazaxıstan Rusiya ilə İttifaq Dövlətindən imtina edir

Qazaxıstan Rusiya ilə İttifaq Dövlətindən imtina edir

Qazaxıstan Avrasiya İttifaqı çərçivəsində iqtisadi inteqrasiyaya böyük əhəmiyyət verir, amma Rusiya və Belarusun İttifaq Dövlətinə gələcəkdə Qazaxıstanın qatılması planı yoxdur.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.

“Biz Rusiya və Belarusla inteqrasiya birləşmələri çərçivəsində və ikili formatlarda aktiv əməkdaşlıq edirik. Bizim Rusiya və Belarus İttifaq Dövlətinə qatılmaq planımız yoxdur”, – deyə o bildirib.

Mənbə: axar.az