Paşinyanın arvadı Sarkisyanın kürəkənini məhkəməyə verdi

Paşinyanın arvadı Sarkisyanın kürəkənini məhkəməyə verdi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan və qardaşı, "Mənim addımım" parlament fraksiyasının deputatı Qraçya Akobyan Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı iddia qaldırıblar. Azvision.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Onlar sabiq səfirdən böhtana görə üzr istəməsini, təkzib verməsini, şərəf, ləyaqətə, işgüzar nüfuzlarına vurulan ziyana görə kompensasiya ödəməsini tələb edirlər.
İddia iyunun 2-də verilib və İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Armeni Badiryan tərəfindən imzalanıb.
Minasyan sosial şəbəkələrdə “Populizm və soyğunçuluq. Dövlət oliqarxı və bütöv bir təyyarə qaçaq siqaret” başlıqlı məqalə paylaşaraq Qraçya Akobyan və Anna Akobyanın razılığı ilə siqaret qaçaqmalçılığının həyata keçirildiyini yazıb.
Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az