Beynəlxalq təşkilatlar Floydun ölümünə niyə susdu? - Şərh

Beynəlxalq təşkilatlar Floydun ölümünə niyə susdu? - Şərh

ABŞ-in Minneapolis şəhərində dələduzluqda şuphəli bilinən 46 yaşlı Corc Floydun polislər tərəfindən saxlanılarkən, polislərdən birinin uzun müddət onun boynundan sıxdığı, “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, polis zorakılığı nəticəsində öldüyündən sonra baş verən etiraz hadisələri dünyanın diqqət mərkəzindədir.

Elə həmin şəhərdən başlayan nümayişlər ABŞ-ın digər böyük şəhərlərinə də sürətli şəkildə yayılmaqdadır. ABŞ-da hazırda komendant saatı elan olunub, küçəyə çıxmaq qadağası mövcuddur. Buna baxmayaraq, dəfələrlə təkrarlanan bu tipli halların bir daha təkrarlanmaması üçün vətəndaşlarin rasizm əlehinə etirazları davam edir.

Etiraz aksiyaları daha da şiddətlənir, artıq etirazçılar dövlət əhəmiyyətli binalara hucumlar edir, polis maşınlarına od vurulur. Dövlətin etirazın yatırılmasındakı sərt addımları etirazçıları daha da qıcıqlandırmaqdadır.

Teleqraf.com-a ABŞ da baş verənləri şərh edən Gənc Diplomatlar Birliyinin üzvü, siyasi şərhçi Eltun İbrahimov dünyaya demokratik prinsipləri təbliğ edən ABŞ tarixində rasizmin qara ləkə olaraq davam etdiyini bildirib.

“Təəssüflə qeyd edirəm ki, rasizm əlehinə bu cür şiddətli aksiyalar ABŞ üçün yad deyil, zamanla yaşanılmış və təkrarlanan olaylardandır. 1865-ci ildə köləlik ləğv edilsə də, qaradərililərə qarşı ayrı-seçkilik 1960-cı illərə qədər davam edib. Qaradərililərin səs vermə huququ olmadı, onlar ağlarla eyni bölgədə yaşaya bilmədilər, eyni məktəblərdə təhsil alma haqları təmin edilmədi. Hətta ictimai nəqliyyatda belə qaradərililər uçun xüsusi yerlər ayrılmışdı. O dövrlərin özündə belə rasizm əlehinə etirazlar təşkil edən önəmli şəxslər sui-qəsd nəticəsində öldurülürdü. Amerika tarixində irqçiliyə qarşı mübarizədə önəmli ismlərdən olan Martin Lüter Kinq və Malkolmbu tip sui-qəsdlərin qurbanı oldular. Sui-qəsd 60-dan çox şəhərdə etirazların pik həddə çatması ilə tamamlanıb. Nəticədə ABŞ-ın Prezidenti Lindon Conson etirazlara qarşılıq olaraq həmin günü matəm elan etdi. Həmin gün Martin Lüter Kinqin dəfninə 300 min adam qatılmışdı”.

E.İbrahimov vurğulayıb ki, bu gün 21-ci əsrdə dünyanın gözü qarşısında ABŞ-da irqçiliyə görə cinayətlərin sayının çoxluğu, etirazların polis zorakılığı hesabına yatılmasına üstünlük verilməsi, qaradərilərə qarşı polis şiddətinin cəzasiz qalması Ağ Evin dövlət siyasətində bu istiqamətdə dəyişiklik aparılmasında maraqlı olmamasının bir göstəricisidir:

"Beynəlxalq təşkilatların baş verən etirazlarla əlaqədar qərəzli mövqeyi, bunu ABŞ-ın daxili siyasətinin toxunulmazılığı kimi qəbul etmələrini artıq onların vurulmuş zərbə kimi qiymətləndirmək olar.

Hesab edirəm ki, demokratiyanın boğulması, sosial şəbəkələrlə bağlı tənzimləmələr haqqında təkliflər, baş verən etirazr aksiyaları onu deməyə əsas verir ki ABŞ Dövlət Departamenti artıq dünyada baş verən ictimai-siyasi proseslərə dair siyasətinə yenidən baxmağa məcburdur”.

Mənbə: teleqraf.com