Ermənistanın Qarabağdakı son təyinatları Moskvada çox pis qəbul edilib

Ermənistanın Qarabağdakı son təyinatları Moskvada çox pis qəbul edilib

İşğal altında olan Qarabağdakı qondarma qurumun yeni “rəhbəri”nin təyinatları, xüsusilə Masis Mayilyanın təyin olunması Rusiyada çox pis qəbul edilib. Ordu.az xəbər verir ki, bu barədə “İrates” nəşri yazır.
Nəşr yazır ki, Masis Mayilyan-Armen Qriqoryan telefon danışığı isə daha pis qəbul edilib.
“Soros “şkola”sı bununla öz “ölümsüzlüyünü” göstərməyə çalışıb. Rusiya sonsuz şəkildə erməni tərəfini başa salırdı ki, onların həm Samvel Babayan həm də Mayilyanlaproblemləri var.
Bundan əlavə, Rusiya Babayan və Mayilyanın Rusiyada arzuolunmaz şəxs olması, onların Rusiyaya girişinin qadağan olunması məlumatını təkzib etməyib. Bu təyinatlar faktiki olaraq Rusiyaya qarşı demarş hesab olunub, bunun əsl ünvan sahibi isə Ermənistan Baş naziri Nikol Paşinyandır”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az