“Hər bir vətəndaş dövlətini və xalqını bu bəşəri bəladan qorumalıdır"

“Hər bir vətəndaş dövlətini və xalqını bu bəşəri bəladan qorumalıdır"

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalının da Sherg.aza dediyi kimi bütün dünyanı cənginə alan COVİD - 19 ciddi fəsadlar törətməkdədir. Hər şeydən öncə, bu pandemiya insanları ölümlə üz – üzə qoyur və bir nəfərin virus daşıyıcısı olması onlarla insanın həyatı üçün ciddi təhlükə yaradır:

"Pandemiyanın hökm sürdüyü bütün zaman kəsiyində möhtərəm cənab prezidentimiz İlham Əliyevin davamlı çağırışları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərbəredici müraciətləri, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın qərarları, tövsiyyə və tələblərinə baxmayaraq çox təəssüf və ürək ağrısı ilə qəbul etməliyik ki, məsələni qeyri - ciddiyə alan, məsuliyyətsiz davranan vətəndaşlar kifayət qədər çoxdur. Koronavirusa yoluxanların sayının 200 -ü keçməsi artıq virusun geniş miqyas aldığından xəbər verir.

Sanki iş yerlərinin açılması insanlarımızda bir arxayınlaşma, rahatlıq yaratdı. Karantin qaydalarının yumşalmasından istifadə edən insanlar sosial izolyasiya qaydalarını pozurlar. Vətəndaşlar fərdi qoruyucu vasitələrdən istifadə etməyin vacibliyinin fərqində deyillər.

02 May 2020 ci il tarixdə Milli Məclisin növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə Nazirlər Kabineti yanında Operativ Qərərgahın müəyyənləşdirdiyi yerlərdə tibbi maskalardan istifadə etməməyə görə məsuliyyət nəzərdə tutan maddəyə əlavə edilərək qəbul edildi. Belə ki, həmən ərazilərdə maskasız gəzən vətəndaşlar cərimələnəcəklər. Niyyət koronavirusun qarşısını almaq və bu bəladan qurtulmaqdır. Əgər kimsə öz sağlamlığını düşünmürsə demək ki, onun üçün ətrafının sağlamlığı da əhəmiyyət daşımır".

G.Ağamalının sözlərinə görə, tibbi maskalarla bağlı cərimələrin təsdiqlənməsi sonra insanlarda məsuliyyət hissi arta bilər. 50, 100, 200 Azn cərimə ödəmək istəməyənlər buyursunlar 0.30 qəpik ödəyərək həm sağlamlıqlarını, həm də büdcələrini xeyli dərəcədə qoruya bilərlər: " Bu qərarın qəbul olunması insanların həyat təhlükəsinin qarşısını almağın ifadəsidi.
Bütün insanlarda bu və ya digər dərəcədə psixoloji gərginlik yaşanır. Psixoloji cəhətdən ən çox əziyyət çəkənlərdə səbəb məhz bu virusun sayının artması xəbəridir. Bunun aradan qalxması üçün yenə də daha çox məsuliyyət fərdi qoruyucu vasitələrdən istifadə etməyənlərin üzərinə düşür.

Ciddi şəkildə psixoloji narahatlıq keçirənlərə tövsiyyəm psixoloqlara müraciət edərək terapiyalar vasitəsilə gərginlikdən qurtula bilərlər. Sonda soyadaşlarmıza müraciət edərək qeyd - şərtsiz, bütün bəhanələri istisna etməklə, Operativ Qərərgahın qərar, tapşırıq və tövsiyyələrinə əməl etmələrini rica edirəm.

Bu bəladan xilas olmağın yeganə yolu sosial izolyasiya və gigiyena qaydalarına əməl etmək, tibbi maskalardan istifadədir. Hər bir vətəndaş nəinki özünü, ata – ana, övlad, yaxınlarının məsuliyyətini dərk etməli, bu bəşəri bəladan dövlətini və xalqını qorumalıdır".

Mənbə: sherg.az