Qasim Süleymaninin varisi general İsmayıl Qani Bağdadda səfərdədir

Qasim Süleymaninin varisi general İsmayıl Qani Bağdadda səfərdədir

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qüvvələrinin komandiri general İsmayıl Qanininin İraqın paytaxtı Bağdadda olduğu iddia edilib.

Bu barədə İraqın "Nas News" xəbər saytı məlumat yayıb.

Məlumata görə, İranın Energetika naziri Rza Ərdəkaniyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində general İsmayıl Qaninin də olduğu iddia olunub.

Xəbərdə, general Qanininin İraq Baş naziri Mustafa Kazıminin göstərişi ilə İran nümayəndə heyətindəki digər adlar kimi viza alaraq rəsmi şəkildə ölkəyə daxil olduğu bildirilib.

Qeyd edək ki, bu gün səhər İraqa səfər edən Energetika naziri Ərdəkaniyan başda olmaqla İran nümayəndə heyəti İraq prezidenti Bərhəm Saleh ilə görüşüb.

İran nümayəndə heyətinin Baş nazir Mustafa Kazımi və Parlament Sədri Məhəmməd Halbusi ilə görüşləri də gözlənilir.

Mənbə: FNA

Mənbə: eastnews.org