Avstriya İtaliya istisna olmaqla bütün ölkələrlə sərhədi açacaq

Avstriya İtaliya istisna olmaqla bütün ölkələrlə sərhədi açacaq

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, ölkənin iyunun 4-dən İtaliyadan başqa bütün dövlətlərlə sərhədi açacağını açıqlayıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Rəqəmlər bunu yalnız İtaliya ilə etməyimizə imkan vermir”, – deyə nazir hökumətin qərarını izah edir. Avstriya ilə qonşu olan Almaniya, Lixtenşteyn, İsveçrə, Slovakiya, Sloveniya, Çexiya və Macarıstan ilə iyunun 4-dən etibarən adi hərəkət qaydaları tətbiq ediləcəkdir.

Qərar Şallenberq, Avropa işləri naziri Karolina Edtştadler, daxili işlər naziri Karl Nehammer və səhiyyə naziri Rudolf Anşober tərəfindən qəbul olunub.

Qeyd edildiyi kimi, Avstriyaya gələn turistlər koronavirus testindən keçməyəcəklər. Avstriya ilə İtaliya arasında sərhədin açılması məsələsinə dair məsləhətləşmələr növbəti həftə aparılacaq.

Mənbə: banker.az