Babayan Paşinyan üçün əks-balansdır?

Babayan Paşinyan üçün əks-balansdır?

Mayın 29-da işğal altında olan Qarabağdakı qondarma qurumun yeni “rəhbəri” canlı yayım zamanı bildirib ki, vəzifəyə təyin etmə məsələsində Samvel Babayanla yekun qərara gəlib. Beləliklə, Babayanın qondarma qurumun “təhlükəsizlik şurasının katibi” vəzifəsinə təyin olunacağı ilə bağlı xəbərlər nəhayət təsdiq olunub.
“Past” nəşri yazır ki, Babayanı təyin etmədən öncə bu “vəzifəyə” keçmiş rəqibi olan Masis Mayilyanın təyin edilməsi planlaşdırılıb.
“Məlumata görə, Ermənistan hakimiyyəti bu vəzifəyə təyin olunmada əsas rola malik olub. Ermənistan hakimiyyəti hər şey edib ki, məhz Babayan təyin olunsun.
Bundan əlavə, qondarma qurumun “rəhbəri” mayın 28-də Nikol Paşinyanla görüşü zamanı öz təyinatlarının siyahısını təqdim edib və onunla razılaşdırıb. Faktiki olaraq belə çıxır ki, Paşinyan Harutyunyanın əli ilə Babayana verilmiş vədini yerinə yetirir. Məlumata görə, Paşinyan Babayanın timsalında generallar arasında əks-balansı təmin etməyə çalışır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az