Polşada prezident seçkisinin vaxtı müəyyənləşdi – Baş tutacaqmı?

Polşada prezident seçkisinin vaxtı müəyyənləşdi – Baş tutacaqmı?

Polşada prezident seçkisi iyunun 28-də baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Seymin (ölkə parlamentinin aşağı palatası) spikeri Eljbeta Vitek açıqlama yayıb.

Polşa Konstitusiyasına görə, Seymin spikeri prezident seçkilərinin tarixini təyin edir.

Bundan əvvəl seçkilər mayın 10-na təyin edilmişdi, ancaq koronavirus pandemiyasına görə seçki baş tutmamışdı.

Hazırkı prezident Andjey Dudanın səlahiyyət müddəti avqustun 6-da başa çatır.

Daha əvvəl bildirilmişdi ki, Polşa hakimiyyəti koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkisinin keçirilməsi üçün son qanuni tarixin 28 iyun olduğunu hesab edir.

Mənbə: teleqraf.com