Rusların total məğlub olduqları yeganə hadisəni hamı bilir. Bu, Çingiz xanın varislərinin hərbi fəthləri zamanı idi.
KONKRET.az xəbər verir ki, o vaxtlar müasir Rusiya ərazisində baş verən dövlət varlığını vahid bir dövlət adlandırmaq olmazdı – bunlar kiçik feodal birləşmələr idi (İvan Qroznının vaxtında ləğv edilən Novqorod tacir respublikasını istisna olmaqla). Bu birləşmələr tatar-monqol fəthinin qarşısını ala bilmədi, çünki strategiya axsayırdı, demək olar ki, hər iki ayağından.
Ancaq “əldəqayırma” erməni “ekspertləri”nə və onlar kimilərinə bu tarix heç də dərs olmayıb. Belə çıxır ki, 21-ci əsrdə nəhəng bir ölkəni məğlub edə bildilər.
Beləliklə, Ermənistanın “Birinci” informasiya telekanalı “Ermənistan “Qazprom”a pul borcunu verəcəkmi?” sualına cavab olaraq oxucularını inandırır ki, kiçik Ermənistan Rusiya üzərində qələbə qazana bilib.
Onların fikrincə, “Qazprom”un Ermənistan üçün qazın qiymətini azaltmaqdan imtina etməsi Rusiyanın “Qazprom”un simasında Ermənistana bu şəkildə pul borc verdiyini göstərir.
“Əslində “Qazprom” böhrandan çıxmaq üçün Ermənistandan pul götürmək istəyə, sonra da ucuz qazla kompensasiya edə bilər. Zarafat bir yana, amma vəziyyət həqiqətən ciddidir. Məsələ qazın yüksək qiymətində deyil, Rusiyanın problemə və bütövlükdə vəziyyətə münasibətindədir. Bu, şəraitin nə qədər siyasi olmasına baxmayaraq, gücsüzlüyün ictimai tanınmasından və Ermənistanın suverenliyi ilə bağlı yeni ambisiyalardan başqa bir şey deyil. Ümumiyyətlə, müttəfiq sayılan dövlətə qarşı yumşaq gücün tətbiqi birbaşa məğlubiyyətin tanınmasıdır”. Erməni mediası belə deyir.
Mənbə əlavə edir ki, Ermənistanla münasibətlərdə Rusiya dərin məğlubiyyəti elan edir. Rusiya isə ilk məğlubiyyətini 2016-cı ilin aprelində aldı. O vaxtlar Azərbaycan işğal olunmuş ərazilərin böyük bir hissəsini öz nəzarətinə qaytardı.
“Əslində, indi Rusiyanın Ermənistana qarşı tələb formasında ikinci dəfə qlobal məğlubiyyətinin şahidi oluruq. Bu dəfə Ermənistandan məğlubiyyətin siyasi, diplomatik olduğuna əmin olmaq lazımdır. Bunun üçün də 2013-cü ildə olduğu kimi (Qazprom ilə müqavilə imzalananda) məğlub olmaq lazım deyil”,- dedi.
Babək Göyüş
KONKRET.az
Mənbə: konkret.az