Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə koronavirusla bağlı fövqəladə karantin rejiminin müddəti daha bir aylıq uzadılıb...

Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə koronavirusla bağlı fövqəladə karantin rejiminin müddəti daha bir aylıq uzadılıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə muxtariyyətin lideri Mahmud Abbas göstəriş verib.

Bu gün verilən göstərişə əsasən Fələstində koronavirus pandemiyası ilə bağlı öncədən tətbiq edilmiş fövqəladə karantin rejiminin müddəti daha bir ay artırılıb.

Qeyd edək ki, indiyədək Fələstində 451 nəfərin Covid-19 virusuna yoluxduğu, onlardan üçünün öldüyü və 372 nəfərin sağaldığı bildirilir.

Mənbə: www.interaztv.com