“Hər şeyə eyni münasibəti sərgiləyirlər, onlar belədir” – Xameneyi

“Hər şeyə eyni münasibəti sərgiləyirlər, onlar belədir” – Xameneyi

İranın dini lideri Əli Xameneyi afro-amerikalı Corc Floydu öldürən Amerika polisi ilə Vaşinqtonun davranışları arasında ümumi cəhətləri tapdığını deyib.

Teleqraf.com xəbər verir ki, Xemeneyinin çıxışı İranın dövlət televizyasında canlı yayımlanıb.

“Bu gün Amerikanın müxtəlif şəhərlərində və əyalətlərində müşahidə olunan vəziyyət, gizlətdikləri həqiqətlərin təzahürüdür, bunda yeni bir şey yoxdur. Bir polisin dizi ilə onu yerə basması, dua edərək ölməsi, digər polislərin baxıb, heç bir şey etməməsi, yeni deyil. Bu, ABŞ-ın mahiyyətidir. Hər şeyə münasibətdə belədirlər. Biz bunu Əfqanıstan, İraq, Suriya və bir çox başqa ölkələrdə gördük”, - ölkənin dini rəhbəri vurğulayıb.

Mənbə: teleqraf.com