Ermənistan hakimiyyəti yeni böhran yaratmaq yolu ilə gedir

Ermənistan hakimiyyəti yeni böhran yaratmaq yolu ilə gedir

Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan bildirib ki, hazırda Ermənistan hakimiyyəti əslində yeni böhran yaratmaq yolu ilə gedir və gələcəkdə bunun aradan qaldırılması çox çətin olacaq. “Problem odur ki, hakimiyyətin seçdiyi bu yolla biz fəaliyyətdə olan Konstitusiya Məhkəməsi üzvlərinin ən azı bir hissəsinə vəzifə tutmağa davam etmək üçün imkan verəcəyik”, - deyə Arman Babacanyan bildirib.
Babacanyan qeyd edib ki, konstitusiya referendumunun gündəliyi, yəni fəaliyyətdə olan Konstitusiya Məhkəməsinin tərkibinin ləğv olunması və yeni Konstitusiya Məhkəməsinin formalaşdırılması Ermənistan parlamentinə gətirilməlidir.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az